Astarada piyadanı maşın vurdu
Bizi izləyin

Hadisə

Astarada piyadanı maşın vurdu

Astara rayonunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

1961-ci il təvəllüdlü Təngərüd kənd sakini Ağayev Elman Mirbaba oğlu yolu keçərkən kənddə emal üçün süd toplayan Masallı sakininin idarə etdiyi avtomaşın tərəfindən vurulub.

Yaralı ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm