Cəlilabad sakini həmkəndlisini bıçaqladı
Bizi izləyin

Hadisə

Cəlilabad sakini həmkəndlisini bıçaqladı

Cəlilabad rayonunda bıçaqlanma hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə axşam saatlarında Privolniye kəndində qeydə alınıb.

İlkin məlumata görə, kənd sakinləri Elgün Şahmarovla Elməddin Xəlil oğlu Şükürov arasında mübahisə yaranıb. Mübahisə zamanı E. Şahmarov üzərində gəzdirdiyi bıçaqla E. Şükürova çoxsaylı bıçaq zərbəsi vuraraq hadisə yerindən uzaqlaşıb.

Yaralı Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və əməliyyat olunmaq üçün Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm