Oğuzda uşaq bağçasında uçqun - - FOTO
Bizi izləyin

Hadisə

Oğuzda uşaq bağçasında uçqun - - FOTO

Oğuz rayonunda körpələr evi-uşaq bağçasının binasında uçqun olub.

Bu gün səhər saat 08 radələrində Təhsil Nazirliyinin Oğuz rayon Təhsil Şöbəsinin nəzdində olan Calut kənd körpələr evi-uşaq bağçasının inzibati binasının arxa divarında uçqun baş verib.

Uçqun baş verən zaman ərazidə uşaqlar olmayıb.

Calut kənd bələdiyyəsindən verilən məlumata görə, bina ötən əsrin 60-cı illərində inşa edilib, 40 ildən çoxdur ki, binada körpələr evi-uşaq bağçası fəaliyyət göstərir.

Bina son illər qəzalı vəziyyətə düşüb. Hadisə ilə bağlı müvafiq qurumlar məlumatlandırılıb. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm