General Bakıdakı yanğından danışdı: kimsə özünü binadan atıb? - FOTO/VİDEO (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

General Bakıdakı yanğından danışdı: kimsə özünü binadan atıb? - FOTO/VİDEO (YENİLƏNDİ)

"Yanğın haqqında məlumat Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə 12:10 radələrində daxil olub. Təxminən 3 saatdan artıq davam edib. Yanğın tam söndürülüb".

APA-nın məlumatına görə, bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev deyib.

O bildirib ki, hadisə yerinə 25 texnika, 100-ə yaxın canlı qüvvə cəlb olunub: "Yanğının uzun davam etməsinin səbəbi su qıtlığı ilə əlaqədardır. Hazırda şəhərdə tıxacdır. Bu iri texnikaların yanğın yerinə yaxınlaşmasına çətinlik törədirdi. Yanğının baş vermə səbəbləri araşdırılır. Yanğın 18-ci mərtəbən yuxarıda baş verib. Xəsarət alan yoxdur. Bəzi informasiya vasitələrində yazılır ki, kimsə özünü binadan atıb. Bu məlumat tam əsassızdır və yalandır. Yanğınsöndürənlər arasında da zəhərlənən olmayıb".

***

14:26

Bakının Xətai rayonunda, Yusif Səfərov küçəsində çoxmərtəbəli binada baş vermiş yanğın söndürülüb.

1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov Trend-ə bildirib ki, hadisə nəticəsində bir nəfər tüstüdən zəhərlənib.

***

14:52

Bakıda hündürmərtəbəli binada baş verən yanğın lokallaşdırılıb.

Publika.az-ın məlumatına görə, yanğın binanın çölünü əhatə edib. Binanın içərisinə yanğın keçməyib.

Hazırda yanğınsöndürənlər tərəfindən yanğının tam söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

13:28

Fövqəladə Hallar NazirliyiBakıda hündürmərtəbəli binada baş verən yanğınla bağlı məlumat yayıb.

Publika.az-ın xəbərinə görə, məlumatda bildirilir ki, Bakı şəhəri, Xətai rayonu ərazisində yerləşən çoxmərtəbəli binada yanğın baş verib.

Hazırda Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerindədir.

Yanğınsöndürmə işləri barədə əlavə məlumat veriləcək.

***

13:02

Yanğın baş verən əraziyə fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov gəlib.

Publika.az-ın verdiyi məlumata görə, yanğın əhatə dairəsi genişlənib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

12:58

Yanğın baş verən əraziyə fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev gəlib.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

12:53

Yanğın baş verən ərazidə yollar bağlanıb.

Təhlükəsizlik tədbirlərinin görülməsi məqsədi ilə Heydər Əliyev prospektindən Yusif Səfərov küçəsi istiqamətində əsas və köməkçi yol bağlanıb.

Yanğın binanın 13, 14, 15, 16, 17, 18, 19 və 20-ci mərtəbələrində müşahidə olunur.

Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

***

12:32

Bakıda Heydər Əliyev prpspektində yerləşən iş mərkəzi olan çoxmərtəbəli binada tüstülənmə başlayıb.

Publika.az-ın Apa-ya istinadən verdiyi xəbərə görə, binanın sonuncu mərtəbəsində müşahidə olunan tüstülənmənin yanğın nəticəsində və yaxud başqa səbəbdən baş verdiyi məlum deyil.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri gəlib. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

Foto "report"undur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm