Cəlilabad sakini 1 kq-dan artıq narkotiklə yaxalandı
Bizi izləyin

Hadisə

Cəlilabad sakini 1 kq-dan artıq narkotiklə yaxalandı

Cəlilabad sakinindən 1 kq-dan artıq narkotik vasitə götürülüb.

DİN-dən Publika.az-a verilən məlumata görə, Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında aprelin 27-də keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayonunda saxlanılan şəhər sakini Şamxal Eyvazovdan çəkisi 1 kiloqram 277 qramdan artıq narkotik vasitə olan tiryək aşkarlanıb.

Saxlanılan şəxs götürülmüş maddi sübutla birgə istintaqa təhvil verilib.

Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm