FHN intihar etmək istəyən şəxsi xilas etdi
Bizi izləyin

Hadisə

FHN intihar etmək istəyən şəxsi xilas etdi

Bakının Nizami rayonu ərazisində intihara cəhd hadisəsi baş verib.

Publika.az xəbər verir ki, bu barədə məlumat FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olub.

Məlumata əsasən, Nizami rayonunda 1 nəfər kişi beşmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib. Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb. Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm