Cəlilabad sakininin evindən 5 min manat oğurlandı
Bizi izləyin

Hadisə

Cəlilabad sakininin evindən 5 min manat oğurlandı

Cəlilabadda toy mərasiminə gedən rayon sakininin evindən oğurluq edilib.

"Report" xəbər verir ki, hadisə rayonun Cavad Xan küçəsində baş verib.

Həmin küçədə yaşayan Gülpaşa Ağayevin ailə üzvlərinin evdə olmamasından istifadə edən naməlum şəxs və ya şəxslər pəncərəni sındırmaqla mənzilə daxil olaraq, qızıl-zinət əşyaları, pul, kompyuter və oyun diskləri oğurlayıblar.

Ev sahibinə ümumilikdə 5 min manata yaxın maddi ziyan dəyib.

Faktla bağlı polisə məlumat verilib. Hadisəni törədənlərin tapılması istiqamətində araşdırmalar davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm