Ağsuda avtomobil aşdı, sürücü xəsarət aldı
Bizi izləyin

Hadisə

Ağsuda avtomobil aşdı, sürücü xəsarət aldı

Ağsu rayonunda bir nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə dünən axşam saatlarında rayonun Çaparlı-Qiyaslı avtomobil yolunda qeydə alınıb. Qaraqaşlı kənd sakini, 1975-ci il təvəllüdlü Mustafayev Sənan Dədəxan oğlu idarə etdiyi "VAZ 2107" markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib və nəqliyyat vasitəsi yoldan çıxaraq aşıb.

Hadisə zamanı sürücü xəsarət aldığı üçün təcili yardım stansiyasının avtomobili ilə Ağsu rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı Ağsu rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm