Bakı metrosunda özünü relslərin üstünə atan oğlanla bağlı YENİ XƏBƏR - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Bakı metrosunda özünü relslərin üstünə atan oğlanla bağlı YENİ XƏBƏR - YENİLƏNDİ

"Elvin Zülfüqarov əslində özünü relslərin üstünə atmadığını, xəstəlik səbəbindən başının fırlandığını və yıxıldığını bildirib".

Publika.az-ın xəbərinə görə, bunu "Bakı Metropoliteni"nin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, Elvin Zülfüqarov polisə izahatında bu ifadələri dilə gətirib: "Adıçəkilən şəxs müraciət edərək xəbərin yanlış olduğunu və ailəsində, tanışlarında narahatlıq yaratdığını bildirib".

***

Bakı metrosunun “Gənclik” stansiyasında sərnişin intihara cəhd edib.

Bu barədə Metropolitenin mətbuat xidmətinin rəhbəri Nəsimi Paşayev Publika.az-a məlumat verib. O bildirib ki, hadisə bu gün günorta saatlarında baş verib.

1997-ci il təvəllüdlü Elvin Əli oğlu Zülfüqarov dostu ilə mübahisə edərək özünü relslərin üstünə atıb. Həmin an stansiyada qatar olmadığından bədbəxt hadisə baş verməyib. O, stansiyadakı polis əməkdaşlarının iştirakı ilə qatar yolundan çıxarılıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm