Astarada BƏDBƏXT HADİSƏ: 1 yaşlı uşağın əli ət çəkən maşında... - - FOTO
Bizi izləyin

Hadisə

Astarada BƏDBƏXT HADİSƏ: 1 yaşlı uşağın əli ət çəkən maşında... - - FOTO

Astarada bir yaşlı uşağın əli ətçəkən maşında qalıb.

APA-nın məlumatına görə, hadisə rayonun Maşxan kəndində qeydə alınıb.

Həmin kənd sakini, 2017-ci il təvəllüdlü İlahə Fəxrəddin qızı Məmmədova valideynlərinin diqqətindən yayınaraq sol əlini ət çəkən maşına salıb. Nəticədə İ. Məmmədovanın əli orada qalıb. O, valideynləri tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına gətirilib. Uşağın əlini ət çəkən maşından çıxarmaq üçün FHN-in Cənub Regional Mərkəzinə məlumat verilib. Xəstəxanaya gələn xilasedicilər xüsusi alətlərdən istifadə etməklə ət maşınını kəsərək İ. Məmmədovanın əlini oradan çıxarıblar.

Azyaşlı aldığı xəsarətlərlə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib və hazırda müalicəsi orada davam etdirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm