Məhkəmə şantaj edilərək həbs olunan şəxsə bəraət verdi
Bizi izləyin

Hadisə

Məhkəmə şantaj edilərək həbs olunan şəxsə bəraət verdi

Bakıda yarım milyon manatlıq dələduzluq etməkdə təqsirli bilinən Firdovsi Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Firdovsi Səfərovun əməlində heç bir cinayət tərkibinin olmadığı müəyyən edilib. Məhkəmə Firdovsi Səfərova verilən ittihamlar sübuta yetirilmədiyi üçün onun barəsində bəraət hökmü çıxarıb. Firdovsi Səfərovun barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilib və o, məhkəmə zalından azadlığa buraxılıb.

İttihama görə, Firdovsi Səfərov bir neçə tanışına Ukraynadan avtomobillərin istifadəsi üçün yağ və antifirist gətirib, iri topdan satış mərkəzlərinə satacağı adı ilə külli miqdarda dələduzluq edib. İş üzrə 10-dan çox zərərçəkmiş var. Zərərçəkmişlərə dəymiş ziyan ümumilikdə yarım milyon manata yaxındır. İttiham üzrə Firdovsi Səfərov özünü təqsirli bilməyib. O, qeyd edib ki, iş üzrə zərərçəkmiş Elmar Səmədov ona qarşı tələ qurub: “Elmar məni “vorzakon” qohumu vasitəsilə hədələdi. Elmarla iş görmüşəm, pulunu da vermişəm”.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm