Arvadı Bakıda, özü kənddə yaşayan ərdən QANDONDURAN ƏMƏL - Daşkəsəndə
Bizi izləyin

Hadisə

Arvadı Bakıda, özü kənddə yaşayan ərdən QANDONDURAN ƏMƏL - Daşkəsəndə

Daşkəsən rayonunda arvadını xüsusi amansızlıqla öldürməkdə təqsirli bilinən 1984-cü il təvəllüdlü Ramil Həsənovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Publika.az-ın məlumatına görə, Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Dadaş İmanovun sədrliyilə baş tutan prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

İttihama görə, ötən il sentyabrın 14-də, səhər saatlarında Daşkəsən rayonunun Bayan kəndində 33 yaşlı Ramil Həsənov qısqanclıq zəminində həyat yoldaşı, 1990-cı il təvəllüdlü Könül Əzizovanı boğaraq öldürüb.

İstintaq araşdırması zamanı məlum olub ki, Könül Əzizova ailəsi ilə birlikdə Bakı şəhərində yaşayıb.

Qətl hadisəsindən bir gün əvvəl Könül Əzizova ailə üzvləri ilə birlikdə əmisi nəvəsinin toy şənliyində iştirak etmək üçün kəndə gəlib.

Həmin gün gecə saatlarında qayınanasıgilə gələn Ramil Həsənov səhər saatlarında Könül Əzizova ilə mübahisə edib. Mübahisə zamanı onu boğaraq öldürüb.

Onların birgə nikahlarından 8 yaşlı bir övladı olub.

Təqsirləndirilən şəxs qismində ifadə verən Ramil Həsənov törətdiyi cinayəti etiraf edib.

O bildirib ki, həyat yoldaşı ilə arasında əvvəllər də münaqişə baş verib. Onun sözlərinə görə, həmin dövrdə boşanma həddinə qədər çatıb, onlar bir müddət ayrı yaşayıblar.

Ramil Həsənov qeyd edib ki, lakin sonradan yenidən birlikdə yaşamağa başlayıblar.

Ramil Həsənovun ifadəsinə görə, sentyabrın 13-də, gecə saatlarında həyat yoldaşı ilə birlikdə kənddə toy məclisində olub.

O, qeyd edib ki, şənlikdə arvadının başqa bir nəfərlə münasibətdə olmasından şübhələnib.

Qayınanasının evinə gəldiyini deyən Ramil Həsənov bu mövzuda arvadı ilə mübahisə edib, onların mübahisəsi qətllə nəticələnib.

Ramil Həsənov törətdiyi əməldən peşman olduğunu deyib.

İstintaq orqanı tərəfindən Ramil Həsənovun barəsində Cinayət Məcəlləsinin 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddəsi ilə ittiham elan olunub.

Növbəti proses mayın 22-də davam edəcək.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm