Azərbaycanda 6 min illik qalada qoyun otarılır - VİDEO
Bizi izləyin

Hadisə

Azərbaycanda 6 min illik qalada qoyun otarılır - VİDEO

Güney Azərbaycanın Mərənd şəhərində 6 min illik qala məhv olmaq üzrədir.

Kult.az xəbər verir ki, İranın Mədəni İrs Təşkilatı ölkənin milli siyahısına daxil etmək bəhanəsilə bu tarixi qalaya əl qoyub, onun turist mərkəzinə çevriləcəyi haqda məlumat yaysa da, nəticə dəyişməz olaraq qalıb.

Qalanın son videosuna baxanda heç bir dəyişiklik edilmədiyi, inşaat işlərinin yarımçıq qaldığı görünür.

Qeyd edək ki, digər adı Mandaqarana olan qala eradan əvvəl 4-cü minillikdə tikilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm