Polis qardaşını öldürən idmançı dispanserə göndərildi – QƏRAR
Bizi izləyin

Hadisə

Polis qardaşını öldürən idmançı dispanserə göndərildi – QƏRAR

Bakıda qardaşını öldürməkdə təqsirli bilinən 1990-cı il təvəllüdlü Əli Əliyevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Mirzə Xankişiyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsin vəkili Tural Süleymanov vəsatətlə çıxış edib. O, müdafiə etdiyi Əli Əliyev barəsində Kompleks Stasionar Məhkəmə-Psixiatrik və Məhkəmə-Psixoloji Ekspertizasının keçirilməsini istəyib.

Məhkəmə vəsatəti təmin edib və Əli Əliyevin 1 saylı Ruhi-əsəb Dispanserində müayinə olunması barədə qərar qəbul edilib. Qərara cavab alınana kimi proses qeyri-müəyyən günə qədər təxirə salınıb.

İttihama görə, ötən ilin avqustunda Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi 85-də yerləşən binada Əli Əliyev qardaşı Murad Əliyevi bıçaqlayaraq öldürüb. Hadisənin ilkin təfərrüatına görə, qardaşlar televizora baxmağa görə mübahisə ediblər. Onlar əvvəlcə mübahisə ediblər və daha sonra əlbəyaxa dava yaranıb. Əli mətbəx bıçağını götürərək qardaşına hücum edib və çoxsaylı zərbələr endirib. Əli Əliyev hadisədən sonra evdən qaçıb. O, polis əməkdaşları tərəfindən həbs edilib. Əli Əliyev Moskva Dövlət Universitetinin Hüquq fakültəsini bitirib, həm də cüdoçudur. Ölən qardaşı Murad Əliyev isə konq-fu idman növü üzrə peşəkar idmançı, Çevik Polis Alayında polis serjantı olub.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm