Mingəçevirdə nəvə 76 yaşlı nənəsini döydü
Bizi izləyin

Hadisə

Mingəçevirdə nəvə 76 yaşlı nənəsini döydü

Mingəçevir şəhərində nəvə münaqişə zəminində nənəsinə xəsarət yetirib.

Hadisə şəhərin iri marketlərindən birində baş verib.

1942-ci il təvəllüdlü şəhər sakini Zeynalova Vəsilə İsmayıl qızı mübahisə və münaqişə zəminində təqribən 30- 35 yaşlı nəvəsi Cavidan tərəfindən döyülərək xəsarət alıb. Onun qadının əllərini dişləndiyi də bildirilir. Nəticədə yaşlı qadın hər iki qol saitindən müxtəlif dərəcəli xəsarətlər alıb.

Yaralı öncə yaşdığı Şəfəq küçəsi, 43 ünvanına aparılıb. Daha sonra ora çağırılan tibbi yardım briqadası nənəyə yerindəcə gərəkli tibbi yardım göstərib.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm