İtkin düşmüş alpinistlərin meyitləri ailələrinə təhvil verildi - FOTO - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

İtkin düşmüş alpinistlərin meyitləri ailələrinə təhvil verildi - FOTO - (YENİLƏNDİ)

Quba rayonunda dağlıq ərazidə itkin düşmüş “Gilavar" - hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun meyitləri ailə üzvlərinə təhvil verilib.

Bu barədə Trend-ə Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, meyitlərin müayinəsi başa çatıb və artıq ailələrinə təhvil verilib.

***

İtkin düşmüş alpinistlərdən ikisinin meyiti ailəsinə təhvil verilib.

Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsində müayinə edilən daha bir alpinistin - Babur Vaqif oğlu Hüseynovun meyiti ailəsinə təhvil verilib. Meyit dəfn edilıməsi üçün Bakıya gətirilir.

***

Quba rayonunda qar uçqunu altında qalan alpinistlərdən birinin meyiti ailəsinə təhvil verilib.

“Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvü Fəridə Zəbiyulla qızı Cəbrayılzadənin meyiti Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Quba rayon şöbəsində müayinə edilib. Müayinədən sonra meyit ailəsinə təhvil verilib.

F.Cəbrayılzadənin meyiti dəfn edilməsi üçün Bakıya gətirilir.

Ötən il dekabrın 26-da Quba rayonunda dağlıq ərazidə “Gilavar" Hava və Ekstrim İdman Klubunun üzvləri Fəridə Zəbiyulla qızı Cəbrayılzadə, Babur Vaqif oğlu Hüseynov və Namin Nizami oğlu Bünyatzadə itkin düşüblər. Dekabrın 27-dən Fövqəladə Hallar Nazirliyinin (FHN) peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm