Azərbaycana 500 min saxta aksiz markası gətirənlər tutuldu
Bizi izləyin

Hadisə

Azərbaycana 500 min saxta aksiz markası gətirənlər tutuldu

Dövlət Təhlükəsizliyi Xidməti və Dövlət Gömrük Komitəsitərəfindən həyata keçirilmiş birgə əməliyyat tədbirləri nəticəsində Azərbaycan-Gürcüstan sərhədindən gömrük nəzarətindən gizli qaçaqmalçılıq yolu ilə Azərbaycana keçirilən, qanunsuz və saxta spirtli içki istehsalı üçün nəzərdə tutulan təxminən 500000 ədəd saxta aksiz markası aşkarlanaraq, götürülüb.

DTX-dən Publika.az-a verilən məlumata görə, araşdırmalar zamanı saxta aksiz markalarını sifariş verib gizli surətdə çatdırılmasını təşkil edən, ölkədə saxta aksiz markalarının qanunsuz dövriyyəsi ilə məşğul olan Azərbaycan vətəndaşları Mehdiyev İntiqam Hüseyn oğlu və Nəcəfov Ruslan Həmzə oğlu müəyyən edilərək cinayət məsuliyyətinə cəlb ediliblər.

Başlanılmış cinayət işi üzrə araşdırmalar davam edir.

Bildirilib ki, Azərbaycan Respublikasında vətəndaşların sağlamlığına qəsd edən hüquqazidd əməllərin qarşısı bundan sonra da qətiyyətlə alınacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm