Bakıda polisdən DƏHŞƏTLİ CİNAYƏTLƏR: dəstə yaratdı və...
Bizi izləyin

Hadisə

Bakıda polisdən DƏHŞƏTLİ CİNAYƏTLƏR: dəstə yaratdı və...

Bakıda bankomatları yarmaqda təqsirli bilinən sabiq polis əməkdaşı Xəyal Rüstəmov, onun rəhbərlik etdiyi dəstənin üzvləri - Orxan Əhmədov, Rizvan Ağayev və Elməddin Zülfüqarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əhməd Quliyevin sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, təqsirləndirilən Xəyal Rüstəmiv Beylaqan rayon polis şöbəsinin əməkdaşı olub və Binəqədi rayonuna ezam edilib və burda çalışırmış.

Növbəti proses mayın 31-də davam edəcək.

İttihama görə, Orxan Əhmədov Xətai rayonunda quraşdırılmış bankomatı qaynaq aparatı ilə kəsib içindən 40 min manat oğurlayıb. Saxlanılan şəxsin ətrafında aparılan əməliyyat axtarış tədbirləri nəticəsində onun bu əməli tək törətmədiyi üzə çıxıb. Bəlli olub ki, Orxan Əhmədova bankomatları yarmaqda Rizvan Ağayev, Xəyal Rüstəmov və Beyləqan rayon sakini olan Elməddin Zülfüqarov kömək edib.

Onların Xətai rayonu, Əhmədli kəndində bələdiyyə binasında yerləşən bankomatı yararaq 51 min 200 manat oğurlaması da üzə çıxıb. Orxan Əhmədov və digər şəxslər başqa-başqa vaxtlarda pulla dolu olan bankomatları hədəf seçib. Onlar pensiya və müavinətlərin verildiyi vaxtı əvvəlcədən müəyyən edir və kəndlərdə, insanların az olduğu yerlərdə xüsusi aparatlarla bankomatları gizli formada kəsərək pulları ələ keçiriblər.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm