Azərbaycan-İran sərhədində ƏMƏLİYYAT: yarım ton heroin saxlanıldı - - FOTO
Bizi izləyin

Hadisə

Azərbaycan-İran sərhədində ƏMƏLİYYAT: yarım ton heroin saxlanıldı - - FOTO

İran İslam Respublikasından ölkə ərazisinə daxil olan yük avtomobili Astara Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinin əməkdaşları tərəfindən risk analizləri nəticəsində saxlanılıb və yoxlanılıb.

Dövlət Gömrük Komitəsinin Mətbuat Xidmətindən Publika.az-a verilən məlumata görə, rentgen qurğusundan keçirilərkən həmin avtomobilin qoşqusunda şübhəli cizgilər müşahidə olunub. Kinoloji xidmət itinin tətbiqi ilə təkrar baxış zamanı isə xidməti it qoşqudakı dörd paletə reaksiya verib. Daha sonra həmin paletlər açılıb və ümumilikdə 515 kq narkotik vasitə - heroin aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm