• USD 1,7000 0,00% EUR 1,9854 -0,77%
    • GBP 2,1620 -0,81% RUB 0,0223 0,00%

Oğuzda ər arvadını döyüb, xəstəxanalıq etdi

Oğuzda ər arvadını döyüb, xəstəxanalıq etdi

Oğuzda 47 yaşlı qadın əri tərəfindən döyülüb.

Mayın 31-i saat 21.00 radələrində rayonun Qumlaq kənd sakini, 1971-ci il təvəllüdlü Məhbubə Kərim qızı Xəlilova Oğuz Mərkəzi Rayon Xəstəxanasına (MRX) daxil olub.

Oğuz MRX-da ilkin tibbi yardım göstərildikdən sonra qadın müayinə və müalicəsini davam etdirmək üçün Şəki MRX-a göndərilib.

Şəki MRX-dan APA-ya bildirilib ki, Məhbubə Xəlilova xəstəxananın reanimasiya şöbəsində yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.

Oğuz rayon Polis Şöbəsindən bildirilib ki, Məhbubə Xəlilovanı əri, 1960-cı il təvəllüdlü Osman Vəlyəddin oğlu Xəlilov münaqişə zəminində döyüb.

Faktla bağlı Oğuz RPŞ-də araşdırma aparılır. (apa)

Halal Nemət

Xəbər lenti

DAHA ÇOX XƏBƏR