Dövlət Sosial Müdafiə Fondunun binasında YANĞIN - 30 nəfər təxliyə olundu - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Dövlət Sosial Müdafiə Fondunun binasında YANĞIN - 30 nəfər təxliyə olundu - (YENİLƏNDİ)

Fövqəladə Hallar Nazirliyi Dövlət Sosial Müdafiə Fondunda (DSMF) baş verən yanğınla bağlı növbəti məlumata görə, Bakı şəhəri, Yasamal rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun yerləşdiyi 9 mərtəbəli binanın 7-ci mərtəbəsində ümumi sahəsi 13 kv metr olan iş otağında ofis mebelləri və sənədlər yanıb.

Yanğın zamanı 30 nəfər işçi yanğınsöndürənlər tərəfindən təxliyə olunub. Digər otaqlar yanğından mühafizə olunub və yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

***

Fövqəladə Hallar Nazirliyi Dövlət Sosila Müdafiə Fondunun binasında baş verən yanğınla bağlı məlumat yayıb.

Publika.az FHN-nin saytına istinadən xəbər verir ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Yasamal rayonu, H.Zərdabi küçəsi 80 ünvanında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun binasında yanğın olması barədə məlumat daxil olub. Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Saat 14:07-də yanğın söndürülüb.

İlkin məlumata görə, binanın 7-ci mərtəbəsindəki iş otağının yanar konstruksiyaları 12 kv.m sahədə yanıb. Əlavə məlumat veriləcək.

***

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyiyanında Dövlət Sosial Müdafiə Fondunun binasında yanğın olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb edilib.

Həyata keçirilən tədbirlər nəticəsində yanğının qarşısı alınıb. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm