Prokuror falçı Səkinəyə iş istədi
Bizi izləyin

Hadisə

Prokuror falçı Səkinəyə iş istədi

İş adamı Barat Abdullayevin keçmiş həyat yoldaşı Təyminə Abdullayevaya qarşı dələduzluqda təqsirləndirilən və “Falçı Səkinə” kimi tanınan Səkinə İsmayılovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə baş tutan prosesdə prokuror ittiham nitqi ilə çıxış edib.

O, Səkinə İsmayılovanın 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Qeyd edək ki, zərərçəkmiş Təyminə Abdullayeva barəsində əri Barat Abdullayevin şikayəti əsasında cinayət işi açılıb

Barat Abdullayev şikayətində bildirib ki, arvadı birgə nikahdan olan yaşayış sahəsini satıb pulunu ələ keçirmək istəyib. Bu məqsədlə yeni şəxsiyyət vəsiqəsini saxtalaşdırıb. Yeni şəxsiyyət vəsiqəsində ailəli yox, subay olduğunu yazdırıb. Həmin sənəddən istifadə edərək qeyd edilən mənzili 250 min manata özgəninkiləşdirək, ona 890 min manat məbləğində ziyan vurub.

Barat Abdullayev şəxsi bizneslə məşğuldur. Onun Bakıda otelinin, ticarət obyektlərinin olduğu bildirilir. Barat Abdullayev həyat yoldaşından boşanmaq üçün məhkəməyə müraciət edib.

Təyminə Abdullayeva ərinin dedikəri ilə razılaşmayaraq söyləyib ki, pullarını Səkinə İsmayılova adlı falçı ələ keçirib. Səkinə İsmayılova ondan fala baxmaq adı ilə əvvəlcə 20 min, sonra isə 10 min manat alıb.

Daha sonra onun evini banka girov qoyaraq pul götürüblər.

Təyminə Abdullayeva iddia edir ki, falçı Səkinə onun pullarını və əmlakını ələ keçirib.

Daha sonra Səkinə İsmayılova da həbs edilib.

Xatırladaq ki, ərinə qarşı dəlduzluq etməkdə təqsirli bilinərək həbs edilən Təyminə Abdullayeva Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apelyasiya Məhkəməsində isə onun cəzası 5 ilə endirilməsi barədə qərar qəbul edib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm