Qaz xəttini kəsib oğurladılar
Bizi izləyin

Hadisə

Qaz xəttini kəsib oğurladılar

Neftçala rayonunda qaz xətti kəsilərək oğurlanıb.

Daxili İşlər Nazirliyindən Publika.az-a verilən məlumata görə, bununla bağlı mayın 29-da “102-Zəng Mərkəzi” Xidmətinə müraciət daxil olub.

Məlumatla əlaqədar Neftçala Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla Tatarməhlə kəndi ərazisindəki qaz xəttinin 432 metrlik hissəsinin kəsilərək oğurlandığı məlum olub.

Təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən 2 nəfər qısa müddətdə müəyyən edilərək polis əməkdaşları tərəfindən saxlanılıb. Neftçala rayon sakinləri olan Tərlan Nağıyevin və Talıb Panəliyevin borunu kəsərək ayrı-ayrı sexlərə satdıqları müəyyən edilib. Kəsilmiş xəttin hissələri polis əməkdaşları tərəfindən maddi sübut kimi götürülüb. Faktla bağlı Neftçala RPŞ-də cinayət işi başlanılıb, istintaq aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm