Ağac Emalı Zavodundakı yanğın söndürüldü - FOTO/VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Ağac Emalı Zavodundakı yanğın söndürüldü - FOTO/VİDEO - (YENİLƏNDİ)

Bakının Binəqədi rayonundakı keçmiş Ağac Emalı Zavodunun ərazisində baş vermiş yanğın söndürülüb.

Publika.az FHN-ə istinadən xəbər verir ki, ilkin məlumata görə, təxminən 500 m2 ərazidə işlənmiş avtomobil şinləri yanıb.

***

Hadisə yerində olan polis əməkdaşlarının Publika.az-a verdiyi məlumata görə, yanğın baş verən ərazidə ölüm və yaralanma qeydə alınmayıb.

***

Bakının Binəqədi rayonu ərazisində yanğın başlayıb.

Bu barədə Publika.az-a Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətində İdarəetmə Mərkəzindən məlumat verilib.

Məlumatda bildirilir ki, yanğın hadisəsi rayonun 7-ci mikrorayon ərazisində, "Dərnəgül" metrostansiyasının arxasında təkər tullantıları olan ərazidə baş verib. Yanğın nəticəsində ərazidəki köhnə təkər topaları alışıb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.

Hələlik yanğının qarşısını almaq mümkün olmayıb. Yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm