Ekologiya və Təbii Sərvətlər Nazirliyinin binasında YANĞIN
Bizi izləyin

Hadisə

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin binasında YANĞIN

Gəncə şəhərində inzibati binada yanğın qeydə alınıb.

Publika.az xəbər verir ki, hadisə şəhərin H.Z.Tağıyev küçəsi, 10 ünvanında yerləşən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə məxsus 2 mərtəbəli binanın 2-ci mərtəbəsindəki otaqların birində baş verib.

Ümumi sahəsi 1600 kv/m olan binanın 1 otağı 50 kv/m sahədə içərisindəki əşyalarla birgə yanıb. Hadisə yerinə 4 yanğınsöndürən maşın və briqada cəlb olunub və binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanan otaq həmin binada yerləşən Samux Dövlət Ovçuluq Təsərrüfat Şöbəsinə məxsusdur.

Yanğının baş vermə səbəbləri araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm