Yasaqlıqda baş verən yanğın söndürüldü (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Yasaqlıqda baş verən yanğın söndürüldü (YENİLƏNDİ)

Bu gün saat 17 radələrində Salyan rayonu yaxınlığında yerləşən Bəndovan Dövlət Təbiət Yasaqlığının ərazisində yanğın hadisəsi qeydə alınıb.

Publika.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin saytına istinadən xəbər verir ki, yanğının elektrik dirəyindəki naqildə qısa qapanma nəticəsində baş verdiyi ehtimal olunur. Əsən isti külək səbəbindən alov geniş əraziyə yayılıb.

Hadisə yerinə dərhal ETSN-nin və FHN-nin əməkdaşları cəlb olunub və saat 19-00-da söndürülüb. Yanğın 3 hektar ərazini əhatə edib, quru ot örtüyü yanıb.

***

İyunun 3-də saat 17 radələrində Salyan rayonu yaxınlığında yerləşən Bəndovan Dövlət Təbiət Yasaqlığının ərazisində yanğın hadisəsi qeydə alınıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, yanğının elektrik dirəyindəki naqildə qısa qapanma nəticəsində baş verdiyi ehtimal olunur.

Əsən isti külək səbəbindən alov geniş əraziyə yayılıb.

Hadisə yerinə dərhal ETSN və FHN-in əməkdaşları cəlb olunub və saat 19-00-da söndürülüb. Yanğın 3 hektar ərazini əhatə edib, quru ot örtüyü yanıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm