İki gündə 171 cinayət - 24 nəfər saxlanıldı
Bizi izləyin

Hadisə

İki gündə 171 cinayət - 24 nəfər saxlanıldı

Respublikanın daxili işlər orqanları tərəfindən iki gün ərzində 171 cinayət faktı qeydə alınıb, onların da 33-ü “isti izlər”lə açılıb.

DİN-in mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, əvvəlki dövrlərdən bağlı qalmış 22 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 30, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 5, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 7 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb, 10 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 11, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 24 nəfər saxlanılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm