Şəmkirdə 18 yaşlı oğlan göldə batdı
Bizi izləyin

Hadisə

Şəmkirdə 18 yaşlı oğlan göldə batdı

Şəmkirdə 18 yaşlı oğlan suda boğulub.

Hadisə rayonun Düz Cırdaxan kəndi ərazisində baş verib.

Kənd sakini, 2000-ci il təvəllüdlü Süleymanov Kamil Məmməd oğlu yaradılan süni göldə çimən zaman boğulub.

FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin əməkdaşları meyiti sudan çıxararaq aidiyyatı üzrə təhvil verib. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm