Bakıda iki gənc qızı maşın vurdu
Bizi izləyin

Hadisə

Bakıda iki gənc qızı maşın vurdu

Bakının Sabunçu rayonunda iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

24 yaşlı Qasımova Lətafət Əsgər qızı və 23 yaşlı Xanıyeva Könül Namiq qızı Maştağa qəsəbəsindəki Məhəmmədi dairəsindən keçərkən, onların hər ikisini avtomobil vurub.

Yaralılar 3 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

L.Qasımovanın vəziyyəti ağır olduğundan o, xəstəxananın Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm