Adam oğurluğu edən qadın məhkəmə zalında həbs olundu
Bizi izləyin

Hadisə

Adam oğurluğu edən qadın məhkəmə zalında həbs olundu

Bakıda adam oğurluğu və dələduzluqda təqsirli bilinən Arifə Sadıqovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Publika.az xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Şəkər Məmmədovanın sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxsə hökm oxunub. Arifə Sadıqova 9 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun barəsində ev dustaqlılığı qətimkan tədbiri ləğv edilib və həbs qətimkan tədbiri seçilib. O, məhkəmə zalında həbs edilib.

İttihama görə, Arifə Sadıqova adam oğurluğu, dələduzluq və digər cinayətlərdə ittiham edilib. O, bundan əvvəl də bir neçə dəfə həbs olunub. Istintaq sənədlərinə görə, Arifə Sadıqova bir neçə il əvvəl Nərimanov rayonu A.Heydərov küçəsində kirayədə yaşadığı mənzildə əxlaqsızlıq yuvası təşkil edib. O, həmin yuvada qadınları fahişəliyə cəlb edib. Lakin ailə vəziyyəti nəzərə alınaraq, həmin dövrdə o, həbs olmayan cəza növü ilə cəzalandırılıb. Bundan sonra o, adam oğurluğu və dələduzluq cinayətlərinə imza atıb. Belə ki, Arifə Sadıqova ötən il tanışı Aynurə Hüseynovanı oğurlayıb, onu fahişəliyə cəlb edib.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm