Azərbaycanda 6 bal gücündə zəlzələ oldu - VİDEO - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

Azərbaycanda 6 bal gücündə zəlzələ oldu - VİDEO - (YENİLƏNDİ)

AMEA-nın Respublika Seysmologiya Mərkəzi Azərbaycanda baş vermiş zəlzələ ilə bağlı rəsmi məlumat yayıb.

Publika.az mərkəzin saytına istinadən xəbər verir ki, zəlzələ, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 22:40-da Zaqatala ərazisində qeydə alınıb.

Yeraltı təkanlar yerin 2 km dərinliyində 5,5 maqnituda gücündə olub.

Zəlzələ episentirdə 6 bala qədər hiss olunub.

***

Azərbaycanda 5 maqnituda gücündə zəlzələ baş verib.

Publika.az xəbər verir ki, yeraltı təkanlar ölkənin əksər rayonlarında hiss olunub. Zəlzələ daha çox şimal-qərb bölgəsində - Şəki, Qax, Balakən, Zaqatala, habelə Göyçay və digər ətraf rayonlarda da hiss olunub.

Dağıntı və tələfat barədə hələlik məlumat verilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm