Dəmir yolu stansiyası ərazisində 21 ədəd qumbara tapıldı
Bizi izləyin

Hadisə

Dəmir yolu stansiyası ərazisində 21 ədəd qumbara tapıldı

Keşlə dəmir yolu stansiyasının yaxınlığında tüstü qumbarası aşkar edilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, iyunun 5-də Keşlə dəmir yolu stansiyasının ərazisində yerləşən şirkətlərdən birinin anbarında təmizlik işləri aparan fəhlələrin oradan içərisində naməlum predmetlər olan qutu aşkar edib. Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin Dəmir Yolu Nəqliyyatında Polis İdarəsinə məlumat daxil olub. Dərhal hadisə yerinə gələn Keşlə Xətt Polis Bölməsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib və həmin predmetlərin tüstü qumbarası olduğu müəyyən edilib. Bu barədə aidiyyatı üzrə Fövqəladə Hallar Nazirliyinə və ANAMA-ya (Azərbaycan Respublikasının Minalardan Təmizlənməsi üzrə Milli Agentlik) məlumat verilib.

Aparılan birgə təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində aşkarlanmış 21 ədəd tüstü qumbarası (RDQ2-Ç) zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb. Keşlə Xətt Polis Bölməsində araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm