Hadisə
Restoranda iki nəfəri bıçaqlayan şəxsin şikayəti təmin edilmədi
Bakı Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurma və xuliqanlıq etməkdə təqsirləndirilən Saleh Şahverdiyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
“Report”un xəbərinə görə, hakim İlqar Murquzovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, S.Şahverdiyevin apellyasiya şikayəti təmin edilməyib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilmədən saxlanılıb.
İttiham aktına əsasən, S.Şahverdiyev 2017-ci il oktyabrın 10-da sərxoş vəziyyətdə “Şamaxinka” adlanan ərazidə “Tantuni Köz dönər" restoranına gəlib. O, burada özü ilə gətirdiyi spirtli içmək istəyib. Bu zaman restoranda ofisiant işləyən Fərid Ağayev S.Şahverdiyevə orada spirtli içki içməyin qadağan olduğunu bildirib. Tərəflər arasında mübahisə yaranıb. Daha sonra S.Şahverdiyev konyak şüşəsini F.Ağayevin boyun nahiyəsinə vuraraq ona zərbə endirib.
Restorandan çıxarılan S.Şahverdiyev qapının ağzında onu ayırmağa çalışan Qədir Məmmədova cibində gəzdirdiyi bıçaqla zərbə yetirib və hadisə yerindən qaçmağa çalışıb. Bu zaman Q.Məmmədovla restorana gələn Alı Aliyev onun qarşısını kəsib. S.Şahverdiyev A.Alıyevi də bıçaqlayıb.
Təqsirləndirilən şəxsə Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq) və 126.2.4 (sağlamlığa ağır zərbə vurma) maddəsi ilə ittiham irəli sürülüb.
İttihama münasibət bildirən S.Şahverdiyev özünü təqsirli bilmədiyini deyib.
O, Bakı Ağır Cinayətlər Məhkəməsinin 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı