Fermada narkotik yetişdirən şəxs saxlanıldı
Bizi izləyin

Hadisə

Fermada narkotik yetişdirən şəxs saxlanıldı

Sabirabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən Suqovuşan kənd sakini, 31 yaşlı Vüqar Səmidov saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Publika.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasındaRPŞ-nin əməkdaşları tərəfindən ona məxsus fermaya baxış keçirilib, bu zaman oradan kultivasiya yolu ilə yetişdirilmiş 32 ədəd çətənə kolu və 4 kiloqrama yaxın qurudulmuş marixuana aşkar edilərək götürülüb.

Saxlanılan şəxs istintaqa təhvil verilib, maddi sübutlar isə ekspertizaya təqdim olunub. Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm