Hadisə
Evləndikləri gün ikisi də ÖLDÜ: daha öncə birinci arvadı vəfat etmişdi - BAKIDA ŞOK HADİSƏ
Dünən səhər saatlarında Bakı şəhərinin Qaradağ rayonu ərazisində 3 nəfərin ölümü ilə nəticələnən dəhşətli yol qəzası ilə bağlı bəzi məqamlar üzə çıxıb.
Publika.az-ın Lent.az-a istinadən verdiyi məlumata görə, saat 06:10-da Hacı Zeynalabdin Tağıyev qəsəbəsi ilə Sahil qəsəbəsini birləşdirən yolun 5-ci kilometrliyində - Müşfiqabad qəsəbəsində 50 DF 025 nömrəli "KamAZ"la toqquşan "Vaz 2106" markalı, 90 FO 643 dövlət qeydiyyat nişanlı minik avtomobili Şəmkirdən gəlirmiş. Belə ki, Xaçmaz rayon sakini, 1967-ci il təvəllüdlü Şahmuradov Rahid İmadəddin oğlu minik avtomobili ilə Şəmkirdən qayıdarkən sübh saatlarında qəzaya düşüb.
Bildirilir ki, Rahid Şahmuradov Xaçmazda yaşayırmış və bir müddət əvvəl onun həyat yoldaşı vəfat edib. Bu yaxınlarda qohumları onu yenidən evlənməyə razı salıblar və 51 yaşlı kişi Şəmkirdə yaşayan, həyat yoldaşından ayrılmış 31 yaşlı İsmayılova Gülnar Zabir qızı ilə ailə qurmağa qərar verib. Bu məqsədlə R.Şahmuradov 3 gün əvvəl Şəmkirə gedib və G.İsmayılova ilə ailə qurub. Dəhşətli hadisə isə onlar Şəmkirdən Xaçmaza qayıdarkən baş verib. Maşınla Bakıya daxil olmadan Quba-Xaçmaz istiqamətinə daha qısa və rahat getməyə imkan yaradan yola daxil olan R.Şahmuradov 5-ci kilometrlikdə avtomobili Taleh Ağayevin sürdüyü “KamAZ”a çırpıb. Zərbənin gücündən sürücü ilə yanaşı, yeni ailə qurduğu G.İsmayılova və qadının 4 yaşlı övladı İsmayılov Mustafa Saleh oğlu hadisə yerində vəfat edib.
Faktla bağlı DİN-in Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
-
Sosial19:46
Azərbaycanın Milli Qəhrəmanı infarkt keçirdi - FOTO
-
Kriminal19:12
Borcu ödəməmək üçün tanışını öldürdü
-
Magazin118:48
Röya Ayxan bu tarixdə ƏRƏ GEDİR - VİDEO
-
Səhiyyə18:12
Azərbaycanda uşaqlarla bağlı yeni tibbi mərkəz YARADILDI - FOTO
-
Avropa17:28
Bu ölkə Rusiyanı hədələdi: Şəhərlərinizi bombalayarıq
-
Region17:00
İrandan növbəti hədə: Görün SEPAH İsraili nə ilə qorxutdu
-
MDB16:22
Moskvada 21 yaşlı azərbaycanlı avtomobilini səkidə saxladı, ona irad tutan gənci öldürdü - VİDEO
-
Nida Təhlil 15:51
İşğalçı erməniyə göz yaşı tökən molla: İran silahı ilə Azərbaycanın neçə əsgəri öldürülüb?