Mingəçevirdə avtomobil ana və 3 uşağını vurdu - DƏHŞƏTLİ QƏZA
Bizi izləyin

Hadisə

Mingəçevirdə avtomobil ana və 3 uşağını vurdu - DƏHŞƏTLİ QƏZA

Mingəçevirdə bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Publika.az xəbər verir ki, hadisə şəhərin Kür çayı üzərindən keçən körpüsü üzərində baş verib.

"VAZ-2101" markalı avtomobil ananı və 3 azyaşlı övladını vuraraq ağır xəsarət yetirib. Yaralılar hadisəni törədən sürücü və digər şəxslər tərəfindən xəstəxanaya yerləşdirilib. Xəsarət alanların kimliyi də məlumdur. Onlar Mingəçevir şəhər sakinləri: - 2013-cü il təvəllüdlü Orucov Elmin Elməddin oğlu, 2010-cu il təvəllüdlü Orucova Yağmur Elməddin qızı, 2008-ci il təvəllüdlü Orucova Duyğu Elməddin qızı və Orucova İbadətdir.

Yaralılardan İ. Orucovanın vəziyyəti ağırdır. İlkin məlumata görə, hadisə sakinlərin körpünün piyadalar üçün nəzərdə tutulmamış hissəsindən keçən zaman baş verib.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm