İmişlidə pambıq tarlasında ŞOK HADİSƏ: 80 nəfər... - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

İmişlidə pambıq tarlasında ŞOK HADİSƏ: 80 nəfər... - YENİLƏNDİ

İmişli rayonunda pambıq tarlalarında zəhərlənənlərin bir qismi rayon xəstəxanasının terapiya, digər qismi də infeksion şöbəsinə yerləşdirilib.

Publika.az-ın “Report”a istinadən xəbər verir ki, ilkin məlumata görə, zəhərlənənlərin sayı 80 nəfərə çatıb.

***

İmişli rayonunda pambıq sahəsində fəhlələr zəhərlənib.

Rayondakı pambıq tarlalarında becərmə işləri aparan fəhlələr zəhərlənib. İlkin məlumata görə, zəhərlənən onlarla fəhlə İmişli Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Hazırda zəhərlənən şəxslərin sayı dəqiqləşdirilir.

Kənd Təsərrüfatı Nazirliyinin Mətbuat xidmətindən "Report"a bildirilib ki, hazırda Nazirliyin əməkdaşları hadisə yerinə gedirlər: "Müvafiq araşdırmalardan sonra ictimaiyyətə geniş məlumat veriləcək".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm