Qaxda 27 yaşlı qız dərmandan zəhərləndi
Bizi izləyin

Hadisə

Qaxda 27 yaşlı qız dərmandan zəhərləndi

Qaxda 27 yaşlı qız dərmandan zəhərlənib.

İyunun 19-u axşam saat 23:20 radələrində rayonun Cəlayır kənd sakini, 1991-ci il təvəllüdlü Əfsanə Salman qızı Cəlilova zəhərlənmə əlamətləri ilə Qax Mərkəzi Rayon Xəstəxanasının (MRX) reanimasiya şöbəsinə daxil olub.

MRX-dan APA-ya verilən məlumata görə, müayinə zamanı 27 yaşlı Əfsanə Cəlilovanın yaşadığı ünvanda hələki məlum olmayan səbəbdən eyni adda 6 ədəd dərman həbi qəbul etdiyi məlum olub. Hazırda Əfsanə Cəlilovaya lazımi tibbi yardımlar edilir, vəziyyəti orta-stabildir.

Faktla bağlı araşdırma aparılır. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm