İsmayıllıda bu kəndin ətraf aləmlə əlaqəsi kəsildi - (YENİLƏNDİ)
Bizi izləyin

Hadisə

İsmayıllıda bu kəndin ətraf aləmlə əlaqəsi kəsildi - (YENİLƏNDİ)

İsmayıllı rayon İcra Hakimiyyəti başçısının 1-ci müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Rövşən Ağayev Publika.az-a açıqlamasında bildirib ki, hazırda Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşlarının ərazidə iş aparır:

“Həmin körpü ötən əsrin 90-cı illərində tikilib. Lakin o, yüksək standartlara uyğun deyildi. Son vaxtlar yağan yağışlar, sel suları nəticəsində belə bir hadisə baş verib. Hazırda kəndin digər yaşayış məntəqələri ilə əlaqəsi tam kəsilib, alternativ yol yoxdur. Körpünün bərpası üçün müvafiq işlər aparılacaq. Lakin işlərin nə zaman yekunlaşacağı dəqiq bəlli deyil”.

***

İsmayıllı rayonunda Qalacıq çayı üzərində yerləşən körpünün bir hissəsi çöküb.

Publika.az bu barədə kənd sakinləri bildiriblər.

Nəticədə Qalacıq kəndinin rayon və digər kəndlərlə əlaqəsi tamamilə kəsilib. Sakinlər bildirirlər ki, bir neçə gün bundan əvvəl leysan yağışların yağması nəticəsində gələn sel körpünün ətrafındakı torpaq qatını yuyub aparmışdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm