Ağsuda dəhşət: Ər arvadını namaz üstündə 21 dəfə bıçaqladı - İNANILMAZ TƏFƏRRÜAT - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Ağsuda dəhşət: Ər arvadını namaz üstündə 21 dəfə bıçaqladı - İNANILMAZ TƏFƏRRÜAT - YENİLƏNDİ

Ağsu rayonu Qaraqaşlı kəndindəki bıçaqlanmanın təfərrüatları bəlli olub. Bıçaqlanan qadının ailə yaxınlarından Publika.az-a verilən məlumata görə, 1988-ci il təvəllüdlü Həsənov Namiq həyat yoldaşını qayınatasının evində bıçaqlayıb:

“Ailələrində elə ciddi problemlər yaşanmamışdı. Bu günə qədər heç vaxt şiddətli mübahisələri olmayıb. Sadəcə oğlan son vaxtlar içkiyə, qumara, digər pis vərdişlərə qurşandığı üçün söz-söhbət yaradırdı. Qızın atası da 4-5 gün olardı ki, götürüb gətirmişdi öz yanına. Oğlana demişdi ki, öz hərəkətlərini düzəltdikdən sonra qızını evə göndərəcək. Rayon yeridi, hamı bir-birini tanıyır. Hələ bu günə qədər Şəbnəmin bir qonşuya gedib, orada saatlarla qaldığını görən olmayıb. Bilib-bilmədən yalan-doğru məlumatlar yayırlar, insanı özündən çıxardıllar. Sadəcə Natiq özündə olmayıb, çox güman ki, yenə içkili halda gedib qayınatasının evinə. Evdə heç kimin olmadığından istifadə edərək, Şəbnəmi namaz qıldığı yerdə bıçaqlayəıb. Düz 21 bıçaq zərbəsi vurmuşdu. Onun qardaşı hərbi xidmətdədir. Bu gün baxıram kimsə yazıb ki, Ağsuda bıçaqlanan xanım ölüb. Belə yazmaq olar? Bunu yaxın qohumlar oxuyub, hamısı qorxuya düşüb. Şükür Allaha, əməliyyat olunub, vəziyyəti stabildir. Oğlanın özü də bizə qohumdur. 2 övladları var, indi valideynləri baxır. Oğlanın valideynləri də deyir ki, nə lazımdırsa edin. Oğlanı bu gün həbs etdilər. Cəzası nədirsə, hüquqi yolla çəkəcək”.

***

Ağsu rayonunda Qaraqaşlı kəndində ər arvadını namaz qılarkən bıçaqlayıb.

Publika.az xəbər verir ki, kənd sakini 1988-ci il təvəllüdlü Həsənov Namiq həyat yoldaşı 1993-cü il təvəllüdlü Həsənli Şəbnəm Qaçay qızını namaz üstündə bıçaqlayıb. İlkin məlumatlara görə, o qadına 21 bıçaq zərbəsi endirib.

Qadın Ağsu Mərkəzi Rayon Xəstəxanasının cərrahiyə şöbəsinə çatdırılıb. 4 saat davam edən əməliyyatdan sonra, həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Faktla bağlı kənd bələdiyyəsindən Publika.az-a verilən məlumata görə, hadisənin hansı səbəblə törədildiyi məlum deyil:

“Normal ailə olublar. Heç kim deməyə söz tapmır. Hüquq-mühafizə orqanları faktla bağlı araşdırma aparır. Biz də onlardan cavab gözləyirik”.

Ağsu Mərkəzi Rayon Xəstəxanasının baş həkim müavini Əli Hüseynov Publika.az-a bildirdi ki, xəstənin əməliyyatı uğurlu keçib:

“Dünən döş boşluğu və qarın boşluğunun deşilmiş-kəsilmiş yaraları ilə xəstəxananın cərrahiyyə şöbəsinə gətirilib. Dərhal həkimlərin müdaxiləsi ilə əməliyyata alınıb. Xəstəni təhlükəli vəziyyətdən çıxarmışıq. Çox qan itirdiyindən hazırda vəziyyəti ağır stabil olaraq qalır”.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm