Zərdabda ağır qəza: 1 ölü, 5 yaralı
Bizi izləyin

Hadisə

Zərdabda ağır qəza: 1 ölü, 5 yaralı

Zərdab rayonunda ağır yol qəzası baş verib.

Hadisə rayonun Körpükənd və Burunlu kəndləri arasında qeydə alınıb.

Belə ki, "VAZ-2107" və "Daewoo Nexia" markalı minik avtomobilləri toqquşub. Nəticədə "Daewoo Nexia"nın sürücüsü, Mingəçevir şəhər sakini Rakif Yunusov hadisə yerində ölüb, hər iki maşında olan 5 sərnişin isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılardan biri uşaqdır. Onlar xəstəxanalara yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm