Qadından həyətdən gül dərən 4 yaşlı uşağa qarşı inanılmaz ƏMƏL - Qubada DƏHŞƏT
Bizi izləyin

Hadisə

Qadından həyətdən gül dərən 4 yaşlı uşağa qarşı inanılmaz ƏMƏL - Qubada DƏHŞƏT

Qubada 4 yaşlı uşağın ölümündə təqsirli bilinən Lalə İsrafilovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az-ın xəbərinə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə baş tutan prosesdə Lalə İsrafilova son söz deyib.

O, günahsız olduğunu, cinayət törətmədiyini deyib. Bildirib ki, uşağın ölümündə günahı yoxdur.

Lalə İsrafilova bu məsələdə günahsız olduğunu sübut edəcəyini söyləyib.

Daha sonra müşavirə keçirən hakim heyəti hökmü açıqlayıb.

Lalə İsrafilova 9 il müddətinə azadlıqdan məhrum olunub.

Barəsində başqa yerə getməmək barədə qətimkan tədbiri ləğv edilib, o, məhkəmə iclas zalında həbs edilib.

Qeyd edək ki, prokuror Lalə İsrafilovanın 10 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

İttihama görə, 2017-ci il mayın 9-da Quba rayonunun Bərqov kəndində 2013-cü il təvəllüdlü Fuad Mustafazadə ailəsinin münasibəti olmadığı 1971-ci il təvəllüdlü Lalə İsrafilovanın həyətinə icazəsiz daxil olub.

Azyaşlı həyətdəki gülləri yolub, Lalə İsrafilova bunu görüb və uşağın həyətdən çıxmasını istəyib. Uşaq həyətdən çıxmadığı üçün Lalə İsrafilova onu qovub.

Fuad Mustafazadə qadından qorxaraq qaçmağa başlayıb. Həyət darvazasından çıxarkən uşaq küçədə yıxılıb və baş nahiyəsindən aldığı xəsarət nəticəsində dünyasını dəyişib.

Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır xəsarət yetirmə, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham edilir.

Hacı Zeynalov

Oxumağa davam et
Reklam
Reklam

Gündəm