Velosipedçi qəzaya düşdü, huşunu itirdi, velosipedini oğurladılar - BAKIDA
Bizi izləyin

Hadisə

Velosipedçi qəzaya düşdü, huşunu itirdi, velosipedini oğurladılar - BAKIDA

Ötən gün axşam saatlarında paytaxt ərazisində velosiped "Toyota Camry" markalı avtomobil ilə toqquşub.

Publika.az xəbər verir ki, qəza Azərbaycan Dövlət Akademik Dram Teatrı yaxınlığında qeydə alınıb.

Qəza nəticəsində velosipedçi, 1994-cü il təvəllüdlü Bakı şəhər sakini Fərzəliyev Elvin Elxan oğlu yaralanıb. Yaralı dərhal Təcili Tibbi Yardım avtomobili ilə xəstəxanaya çatdırılıb.

E.Fərzəliyevin "Report"a verdiyi məlumata görə, o, hadisədən sonra huşunu itirib. Bu səbəbdən velosipedi də oğurlanıb. E.Fərzəliyevin dediyinə görə, polis artıq ona aid olması ehtimal edilən velosipedi tapıb.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm