Masallıda çətənə kolları əkən şəxsl saxlanıldı
Bizi izləyin

Hadisə

Masallıda çətənə kolları əkən şəxsl saxlanıldı

Masallı Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsi və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində növbəti uğurlu əməliyyat tədbiri keçiriblər.

Polis əməkdaşları tərəfindən rayonun Ərkivan qəsəbəsində qanunsuz olaraq narkotik tərkibli çətənə kolları əkib-becərən şəxs saxlanılıb. Belə ki, qəsəbə sakini, əvvəllər məhkum olunmuş Əziz Mirzəyevin yaşadığı evin həyətinə keçirilən baxış zamanı 24 ədəd yaş vəziyyətdə ümumi təmiz çəkiləri 4 kiloqrama yaxın çətənə kolları aşkar edilərək götürülüb. Saxlanılan şəxs həmin çətənə kollarının ona məxsus olduğunu və şəxsi istifadəsi üçün əkdiyini bildirib.

Faktla əlaqədar Masallı RPŞ-nin istintaq bölməsində cinayət işi başlanılıb. Bu istiqamətdə tədbirlər davam etdirir. (APA)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm