Zərdabdan Kürdəmirə qonaq gəldi, bıçaqlandı
Bizi izləyin

Hadisə

Zərdabdan Kürdəmirə qonaq gəldi, bıçaqlandı

Kürdəmir rayonunun Şüşün kəndində bıçaqlanma hadisəsi baş verib.

"Report"un məlumatına görə, Zərdabdan Kürdəmirə əmisigilə qonaq gələn 1979-cu il təvəllüdlü Kərimov Mais Məhəmməd oğlu qohumlar arasında düşən mübahisə zəminində bıçaqlanıb.

O, məsələyə müdaxilə edən zaman bıçaq xəsarəti alıb.

Məlik Mahmudlu kənd sakini olan M.Kərimov yaxınları tərəfindən Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. İlkin tibbi yardım göstərildikdən sonra, yaralı Bakıdakı xəstəxanalardan birinə gətirilib. Onun vəziyyəti orta-ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm