• USD 1,7000 0,00% EUR 1,8941 +0,46%
    • GBP 2,2470 +0,60% RUB 0,0269 +0,74%

Kürdəmirdə bədbəxt hadisə: sürücü yanıq xəsarəti aldı

Kürdəmirdə bədbəxt hadisə: sürücü yanıq xəsarəti aldı

Kürdəmir rayonunda 25 yaşlı gənc avtomobilini təmir etmək istəyərkən xəsarət alıb.

Hadisə Karrar qəsəbəsində qeydə alınıb. Belə ki, Ucar rayon sakini 1993-cü il təvəllüdlü Nüsrəddin Mübariz oğlu Mehdiyev avtomobilin radiatorunun qapağını açan zaman qaynar su onun üzərinə dağılıb. Nəticədə N.Mehdiyev müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

O, Kürdəmir Rayon Mərkəzi Xəstəxanasının Travmatologiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır. (report)

Xəbər lenti

DAHA ÇOX XƏBƏR