Cəlilabadda qəza: avtomobil ağaca çırpıldı
Bizi izləyin

Hadisə

Cəlilabadda qəza: avtomobil ağaca çırpıldı

Cəlilabadda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Publika.az xəbər verir ki, hadisə axşam saatlarında, Ələt-Astara magistralının rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "VAZ-21011" markalı avtomobil idarəetməni itirərək yolun kənarındakı ağaca çırpılıb. Nəticədə 2 nəfər: - sürücü Göytəpə sakini, 1975-ci il təvəllüdlü Əliyev Musa Əlisa oğlu və 1 sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların şəxsiyyəti müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm