Nazirlik Yevlaxdakı dəhşətli qəza ilə bağlı MƏLUMAT YAYDI: 3 nəfər ölmüşdü
Bizi izləyin

Hadisə

Nazirlik Yevlaxdakı dəhşətli qəza ilə bağlı MƏLUMAT YAYDI: 3 nəfər ölmüşdü

DİN Yevlaxda 3 nəfərin ölümü ilə nəticələnən qəza barədə məlumat yayıb.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, iyunun 30-da saat 18 radələrində Yevlax rayonu ərazisində Abşeron rayon sakini Allahverdi Məmmədovun idarə etdiyi “Hovo” markalı yük avtomobili ilə Bakı şəhər sakini Mais Mustafayevin idarə etdiyi “Mercedes Sprinter” markalı mikroavtobus toqquşub.

Nəticədə M.Mustafayevin sərnişinlərindən Şəmkir rayon sakinləri Samirə Musayeva, 12 yaşlı Emil Abdullayev və Abşeron rayon sakini Ziyafət Ələsgərova hadisə yerində ölüb, digər 4 sərnişin xəstəxanaya yerləşdiriliblər.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Oxumağa davam et
Reklam
Reklam

Gündəm