Bakıda 3, Ağsuda 8 otaqlı ev yandı
Bizi izləyin

Hadisə

Bakıda 3, Ağsuda 8 otaqlı ev yandı

Respublikanın bir neçə yerində yanğın hadisələri qeydə alınıb.

Publika.az FHN-ə istinadən xəbər verir ki, paytaxt Bakının Xətai rayonunda ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin mətbəxinin yanar konstruksiyaları 17 m² sahədə və 1 otağın dam örtüyü 15 m² sahədə yanıb.

Evin qalan hissəsi və bitişik evlər yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb

Ağsu rayonunda isə ümumi sahəsi 216 m² olan ikimərtəbəli 8 otaqlı evin 2-ci mərtəbəsində 5 otağın yanar konstruksiyaları 108 m² sahədə və dam örtüyü yanmışdır.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm