Azərbaycanda işıqların yenidən sönməsinin səbəbi bilindi - YENİLƏNDİ
Bizi izləyin

Hadisə

Azərbaycanda işıqların yenidən sönməsinin səbəbi bilindi - YENİLƏNDİ

Bakının və ölkənin elektrik enerjisi ilə təchizatında problem yaranmasının ilkin səbəbi açıqlanıb.

Publika.az xəbər verir ki, "Azərenerji" ASC-dən "Report"a verilən məlumata görə, Şimal Elektrik Stansiyası və Sumqayıt Elektrik Stansiyasında açılma olub.

Hazırda "Azərenerji"də hadisə ilə bağlı araşdırmalar aparılır.

***

Mingəçevir şəhərində yerləşən "Azərbaycan" İES-nin yarımstansiyasında qəza nəticəsində yanğın baş verib.

Publika.az "Report"a istinadən xəbər verir ki, yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları və təcili tibbi yarım xidmətinin əməkdaşları cəlb olunub.

Məlumata görə, hadisə enerji bloklarından birində baş verib. Hazırda ölən və ya yaralananların olması barədə məlumat yoxdur.

Stansiya ərazisinə giriş məhdudlaşdırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm